“Xocalı faciəsi erməni faşizminin təzahürüdür”.
Bizim.Media xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev mətbuat konfransı keçirir - CANLI
Prezident Xocalı dəhşətləri ilə bağlı kifayət qədər videogörüntülərin olduğunu qeyd edib.
“Bu gün Xocalı soyqırımının 29- cu ildönümüdür. Soyqırım nəticəsində 613 şəxs xüsusi qəddarlıqla qətlə yetirilib.
1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.
Faciə odur ki, Xocalı qatilləri bu barədə hər yerdə ürəklə çıxış edirlər”.
Alçina Amilqızı, Bizim.Media