İşgəncə görən əsgərlərimiz Ermənistan Təhlükəsizlik Xidmətinə TƏHVİL VERİLDİ

İşgəncə görən əsgərlərimiz Ermənistan Təhlükəsizlik Xidmətinə TƏHVİL VERİLDİ

Hazırda oxunan: İşgəncə görən əsgərlərimiz Ermənistan Təhlükəsizlik Xidmətinə TƏHVİL VERİLDİ

130740

Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən bildirir ki, bu barədə Ermənistan Polis İdarəsindən (Daxili İşlər Nazirliyi) bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU


Qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO