Bu gün Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin saytında bildirilib.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.
Görüş zamanı beynəlxalq gündəliyin aktual məsələləri və MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılacaq, birgə proqramların icrası ilə bağlı müzakirələr aparılacaq.
Həmçinin, MDB ölkələrinin Dövlət Başçıları Şurasına baxılmaq üçün təqdim olunan sənədlərin layihələri müzakirə olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:19 / 14.04.2023
Bu gün Səmərqənddə MDB XİN rəhbərlərinin toplantısı KEÇİRİLƏCƏK
Hazırda oxunan: Bu gün Səmərqənddə MDB XİN rəhbərlərinin toplantısı KEÇİRİLƏCƏK
Hazırda oxunan: Bu gün Səmərqənddə MDB XİN rəhbərlərinin toplantısı KEÇİRİLƏCƏK
130673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.