Ekoaksiya: BQXK-yə məxsus avtomobillər Xankəndiyə geri qayıdıb

Ekoaksiya: BQXK-yə məxsus avtomobillər Xankəndiyə geri qayıdıb

Hazırda oxunan: Ekoaksiya: BQXK-yə məxsus avtomobillər Xankəndiyə geri qayıdıb

130612

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar. 

Bizim.Media xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin 5-i bu dəqiqələrdə əks tərəfə geri qayıdıb. 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır. 

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 123 gündür davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO