"Ermənistan Azərbaycan tərəfi ilə təmasları bərpa etməyə hazırdır".
Bizim.Media "Sputnik Armeniya" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
O, ötən ilin sonunda Ermənistan tərəfinin Moskvada keçiriləcək görüşü təxirə saldığını xatırladıb:
"İndi isə bərpa etməyə hazırdır. Ümumilikdə danışıqlar prosesi heç vaxt kəsilməyib. Bu müddət ərzində tərəflər bir neçə dəfə sülh müqaviləsinin mətni ilə bağlı təkliflər mübadiləsi aparıb".
Xatırladaq ki, Azərbaycan diplomatiyasının rəhbəri bəyan edib ki, Ermənistanın “destruktiv mövqeyi” səbəbindən ötən ilin dekabrından normallaşma çərçivəsində birbaşa təmaslar kəsilib.
Qeyd edək ki, İrəvan və Bakının yeni görüşün keçirilməsi barədə razılığa gəldiyini bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Görüşün nə vaxt və harada keçiriləcəyi hələ dəqiqləşməyib.
Bizim.Media