İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

129913

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO


Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO