İranlı diplomatların ailələri Azərbaycanı tərk edib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi İran səfirliyinin 4 diplomatının ailə üzvləri və səfirliyin nəzdində fəaliyyət göstərən məktəbin müəllimləri Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək ölkələrinə yola düşüblər.
MÖVZU İLƏ BAĞLI:
“Persona-non-grata” elan edilən İran diplomatlarının ADLARI
Qeyd edək ki, aprelin 6-da İran səfirliyinin dörd əməkdaşı (Mirmahdi Mirsalampur, Şərif Qurbanəli, Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər) Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.
İran səfirliyindən həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Bizim.Media