Azərbaycan lideri: “Energetika sahəsində yeni istiqamətlər üzrə fəal işləyəcəyik”

Azərbaycan lideri: “Energetika sahəsində yeni istiqamətlər üzrə fəal işləyəcəyik”

Hazırda oxunan: Azərbaycan lideri: “Energetika sahəsində yeni istiqamətlər üzrə fəal işləyəcəyik”

129503

“Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlayıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb - FOTO


Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın önəmli Sazişə imza atdıqlarını və bu ilin fevralında Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclasının keçirildiyini xatırladan dövlət başçısı bildirib: 

“Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi hər dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaq. Eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak edib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO