"İrəvanla əlaqələrimiz Azərbaycan-Ermənistan münasibətlərinə bağlıdır" - Hulusi Akar 

Hazırda oxunan: "İrəvanla əlaqələrimiz Azərbaycan-Ermənistan münasibətlərinə bağlıdır" - Hulusi Akar 

129038

"Türkiyənin Ermənistanla əlaqələrinin vacib bir hissəsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır". 

Bizim.Media xəbər verir ki, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib. 

O qeyd edib ki, Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarını işğal etdi. 

"İşğalla birlikdə bir milyondan çox azərbaycanlı torpaqlarından didərgin salındı. Beynəlxalq hüquq çərçivəsində qəbul edilən qərarlara, Azərbaycanın bütün diplomatik, sülh addımlarına baxmayaraq, problem həll edilmədi. ATƏT-in Minsk qrupunun da problemi həll etməkdə aciz qalması Ermənistanın aqressiyasını artırmasına səbəb oldu.
Bunun qarşılığında can Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdi. Ermənistan uzadılan sülh və dostluq əlini tutmalıdır. Biz də Azərbaycan və Ermənistan münasibətllərinin normallaşması istiqamətində atılan addımları dəstəkləyirik.

Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir. Hər zaman olduğu kimi, Azərbaycanın yanında olmağa davam edəcəyik", - deyə H.Akar əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO