Milli Məclis Fransa ilə bağlı bəyanat qəbul etdi

Milli Məclis Fransa ilə bağlı bəyanat qəbul etdi

Hazırda oxunan: Milli Məclis Fransa ilə bağlı bəyanat qəbul etdi

128833

Milli Məclisin bu gün keçirilən iclasında Fransanın Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlı bəyanat qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin iclasının gündəliyinə daxil edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Fransaya etiraz bəyanatı GÖNDƏRƏCƏK 


Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb. Bəyanatın mətnini komissiyanın üzvü, deputat Sevil Mikayılova oxuyub.

Bəyanatda Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi pislənib. Qeyd edilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına zərbə vurur.

Bildirilib ki, ikinci Qarabağ müharibəsindən sonra Fransa Azərbaycana qarayaxma kampaniyası aparmaqda davam edir. Fransanın Cənubi Qafqazda yanaşması onun ikili standartlar üzərində qurulduğunu açıq nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO