"BAYKAR" rəsmi olaraq Azərbaycanda

Hazırda oxunan: "BAYKAR" rəsmi olaraq Azərbaycanda

128679

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarı qəbul edib.

Görüş zamanı bildirilib ki, “Baykar” artıq rəsmi olaraq Azərbaycanda şirkət kimi fəaliyyətə başlayıb.

Bu barədə Bizim.Media-ya "Baykar" şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Selçuk Bayraktarı qəbul etdi


Səlcuq Bayraktar Azərbaycan və Türkiyə qardaşlığını yüksək texnologiyaların inkişafı ekosistemləri vasitəsilə möhkəmləndirmək məqsədilə yeni yaradılan “Bayraktar Technology Azərbaycan” şirkəti haqqında Prezident Əliyevə məlumat verib. 

“Bayraktar Technology Azərbaycan” şirkəti süni intellektli robot pilotsuz sistemlərin tədqiqi və inkişafı, pilotsuz sistem platformaları, fabrik səviyyəsində texniki xidmət, pilotsuz sistemlərin pilotluğu, texniki və texniki xidmət hazırlığı, sahə səviyyəsində texniki dəstək, logistika koordinasiyası sahələrində işləməyi hədəfləyir.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO