İlham Əliyevə

İlham Əliyevə "Togg" avtomobili TƏQDİM EDİLƏCƏK

Hazırda oxunan: İlham Əliyevə "Togg" avtomobili TƏQDİM EDİLƏCƏK

128217

Prezident İlham Əliyevə Türkiyə istehsalı olan "Togg" elektromobili təqdim ediləcək.

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın istifadə edəcəyi "Togg" bazar ertəsi Türkiyə dövlət başçısına təqdim olunacaq.
"Daha sonra ikinci avtomobil Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək", - deyə nazir əlavə edib.

Qeyd edək ki, ötən il Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Türkiyənin ilk elektromobili olan "Togg"un qarşıdakı 8 il ərzində 1 milyon ədəd istehsalı hədəflənir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO