"Biz Azərbaycan ərazilərinin 30 il müddətində hərbi işğal altında olduğu dövrdə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə Fələstinə təşəkkür edirik".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə mətbuat qarşısında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
XİN rəhbəri: Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır
Nazir qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə normallaşma istiqamətində çalışır, Ermənistan isə aqressiv ritorikası ilə sülh niyyətlərini təhdid edir.
Ceyhun Bayramovun sözlərinə görə, normallaşmaya alternativ yoxdur və bu, beynəlxalq sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanmalıdır.
Bizim.Media