“Türkiyə və İsrail bir - birinə əl uzatmaq istəyir, amma...”x9d

“Türkiyə və İsrail bir - birinə əl uzatmaq istəyir, amma...”x9d

Hazırda oxunan: “Türkiyə və İsrail bir - birinə əl uzatmaq istəyir, amma...”x9d

128020
Qubadan millət vəkili seçilmiş əslən yəhudi əslli Yevda Abramov Moderator.az - a açıqlamasında Türkiyə - İsrail münasibətlərinin mövcud durumundan bəhs edib və son vaxtlar çeşidli terror təhdidləriylə üz - üzə qalan qardaş Türkiyəyə İsrailin edə biləcəyi kömək haqqında fikirlərini paylaşıb:

"Mən keçən dəfə də sizin saytınıza açıqlamamda demişdim ki, bizim parlament nümayəndə heyəti İsrailə səfər zamanı prezidentə qədər bir sıra ali orqanlarla görüşüb. Həmin görüşlərdə də Türkiyə - İsrail münasibətlərindəki mövcud durumdan narahatlıq qabardıldı. Bilirsiniz, Türkiyə dövləti də, İsrail hökuməti də bir - birinə əl uzatmaq istəyir. Amma bunu birdən - birə etmək istəmirlər. Müəyyən səviyyələrdə danışıqlar gedir və bu barədə mən də məlumatlıyam. Həm Türkiyədə, həm İsraildə, eyni zamanda başqa - başqa dövlətlərin paytaxtlarında bu danışıqlar gedir. Artıq ölkə rəhbərləri də dünyaya açıq mesajlarını veriblər ki, bu iki dövlət dost olmasa regiondakı çoxsaylı problemlərin öhdəsindən gəlmək mümkün olmayacaq. Əlbəttə, İsrailin müvafiq təhlükəsizlik və kəşfiyyat orqanları terrorla bağlı kifayət qədər məlumatlı olurlar. Çünki İsrail zaman-zaman o qədər terrora məruz qalıb ki, nəinki bu ölkədə, hətta başqa - başqa ölkələrdə də terror hazırlıqlarıyla bağlı qabaqcadan məlumat əldə edə bilirlər. Etiraf etmək lazımdır ki, bu sahədə İsrail xeyli qabağa gedib və buna görə də hesab edirəm ki, Türkiyə ilə təcrübə mübadiləsi də hər iki tərəfə xeyir gətirərdi. Çünki regionda terrordan ən çox əziyyət çəkən ölkə İsraildir və öz təcrübəsini yeni terror təhlükələri ilə üz-üzə qalan qardaş Türkiyədən də əsirgəməz. Təkcə Türkiyəyə deyil, İsrail terrordan əziyyət çəkən bir çox ölkələrə əməkdaşlıq və təcrübə mübadiləsi üçün hər zaman qucaq açıb və köməyini təklif edib. Biz indi bağlı qapılar arxasında aparılan danışıqlardan məlumatlı deyilik, bəlkə elə indinin özündə də İsraillə Türkiyə öz aralarında belə təcrübə mübadiləsindədirlər. Məncə olmamış olmaz. Çünki əslində Türkiyədə baş verən terror dalğası Yaxın Şərqdəki bütün terror təşkilatlarını şirnikləndirə bilər ki, bu da İsrailin ziyanınadır. Biləsiniz ki, Türkiyənin qara siyahısında olan terror təşkilatlarının hamısını İsrail də terror təşkilatı kimi tanıyır. Ona görə də əlbir işləmək hər iki ölkənin və bütövlükdə regionun xeyinə olardı”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO