Ermənistanda Putinin həbsi üçün plan qurulur? – DETALLAR

Ermənistanda Putinin həbsi üçün plan qurulur? – DETALLAR

Hazırda oxunan: Ermənistanda Putinin həbsi üçün plan qurulur? – DETALLAR

127466

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərar çıxarıb. Maraqlı məqamsa budur ki, Ermənistan da Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi ilə bağlı orderinə qoşulub.

Belə ki, Ermənistanın Konstitusiya Məhkəməsinin Haaqa Məhkəməsinin Vladimir Putinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab edib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistan hakimiyyətinin məlum qərarının rəsmi İrəvanla müzakirə ediləcəyini açıqlayıb. Kremlə yaxın ekspertlər isə açıqlamalarında Ermənistanın bu addımını Rusiyaya qarşı təhqir və xəyanət kimi dəyərləndiriblər.

Əsas maraq doğuran məsələ isə Putinin Ermənistanda həbsinin mümkünlüyü ilə bağlıdır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Putinin Ermənistanda həbs edilməsi hüquqi cəhətdən mümkündür:

“Lakin pratiki cəhətdən bunun reallaşmasını mümkün hesab etmirəm. Doğrudan da, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusuna görə, bura üzv olan ölkələr məhkəmənin verdiyi order əsasında, istənilən şəxsi öz ərazisinə daxil olduğu anda saxlamalı, həbs edib, məhkəməyə verməlidir. 

Bugünkü geosiyasi vəziyyətdə Ermənistan Rusiyadan uzaqlaşmağa çalışsa da, faktiki olaraq Moskvanın təsiri və nəzarəti altındadır. Putin Ermənistana gedəndə, onun həbs olunub, Haaqa Məhkəməsinə veriləcəyini gözləmirəm. İnanmıram ki, bu reallaşsın. Təcrübə onu göstərir ki, Beynəlxalq Cinayət Məhkəməsinin bu cür aktları liderlər vəzifədən getdikdən sonra icra olunur. Məsələn, Yuqoslaviya nümunəsinə baxsaq, görə bilərik ki, Slobodan Miloşeviç vəzifədən getdikdən sonra onun həbsi haqqında orderin icrası təmin edildi. 

Hesab edirəm ki, ABŞ-a, Böyük Britaniyaya yaxud Fransaya səfər sırasında Putinin həbsi mümkündür. Lakin post-Sovet ölkələrində bunun reallaşmasını gözləmirəm”.

Qulamhüseyn Əlibəyli Ermənistan Konstitusiya Məhkəməsinin bu qərarını rəsmi İrəvanın Rusiyadan uzaqlaşmaq cəhdinin davamı kimi dəyərləndirib. Partiya sədri Putinin həbsi qərarının Rusiya-Ermənistan münasibətlərinə mümkün təsirlərindən də söz açıb:

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunun təsdiq edilməsi haqqında qərar 140-dan çox ölkə tərəfindən qəbul edilib. Qeyd edim ki, Rusiyanın özü bu statusu təsdiqləməyib. Bu, ölkələrarası münasibətlərə o qədər də ciddi təsir etmir. Beynəlxalq Konvensiya kimi bunun təsdiqi ölkələrin özündən asılıdır. Amma Beynəlxalq Konvensiyaya uyğun müvafiq addımlar atılarsa, bu ikitərəfli münasibətlərə təsir edə bilər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO