İrəvandan Azərbaycanın Qarabağdakı son əməliyyatı ilə bağlı daha bir AÇIQLAMA

İrəvandan Azərbaycanın Qarabağdakı son əməliyyatı ilə bağlı daha bir AÇIQLAMA

Hazırda oxunan: İrəvandan Azərbaycanın Qarabağdakı son əməliyyatı ilə bağlı daha bir AÇIQLAMA

127265

Azərbaycan ordusu Ermənistan hakimiyyətinin avantürist hərəkətsizliyindən istifadə edərək yeni post ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu açıqlama ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalifət lideri Artur Vanetsyan çıxış edib.

“Azərbaycanın demək olar ki, hər gün baş verən gizli irəliləyişi bizim varlığımızı təhlükə altına qoyur. Özümüzə gəlməyin vaxtıdır”, – Artur Vanetsyan yazıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib. 

Məlum olduğu kimi, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Qeyd edək ki, ermənilərin özlərinə gəlmək üçün yalnız iki yolu var. Ya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etməli, ya da açıq olan Xankəndi-Laçın yolu ilə köçüb getməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO