Araik Arutyunyan uşaq bağçasında gizlənir

Araik Arutyunyan uşaq bağçasında gizlənir

Hazırda oxunan: Araik Arutyunyan uşaq bağçasında gizlənir

1268

Separatçıların rəhbəri Araik Arutyunyan bu gün başının dəstəsi ilə uşaq bağçalarının birində hərbi toplantı keçirib. Cəbhənin cənub-şərq hissəsindəki vəziyyəti müzakirə ediblər.

Bizim.Media-nın erməni mətbuatının verdiyi məlumatları, həm də vizual təhlili zamanı gəldiyi qənaətlərə əsasən toplantı yeri Xankəndindən kənar yaşayış mərkəzindədir.

Azərbaycan Hava Qüvvələrinin hədəfindən yayınmaq üçün uşaq bağçasın seçən seperatçılar burada son günlərin “uğuru”ndan bəhs ediblər.

Maraqlı orasıdır ki, girməyə siçan deşiyi axtaran quldur dəstəsi Azərbaycan Ordusunun humanistliyinə sığınıb uşaq bağşasını seçib.

İkincisi, kəşfiyyat dəstələrimizin aldığ məlumat əsasında sabah bu cinayətkar yığnağı olduğu yerdə məhv edilərsə, vay-şüvən salacaqlar ki, Azərbaycan uşaq bağçalarını da vurur.

Necə ki, Şuşada Mədəniyyət evində hərbi toplantı keçirilən zaman bu bina ordumuz tərəfindən yerlə-yeksan edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO