Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycana təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli diplomat “Twitter” hesabında yazıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın Türkiyəyə 100 milyon DOLLARLIQ YARDIMI
“Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Avropa İttifaqı Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə göndərən Azərbaycana təşəkkür edirəm”.
O, həmçinin bütün yardım göstərən ölkələrə təşəkkürünü bildirib.
Bizim.Media