“Azərbaycanın dəvəti ilə Almaniya da Cənubi Qafqaza gəlir” – Natiq Çıraqzadə

“Azərbaycanın dəvəti ilə Almaniya da Cənubi Qafqaza gəlir” – Natiq Çıraqzadə

Hazırda oxunan: “Azərbaycanın dəvəti ilə Almaniya da Cənubi Qafqaza gəlir” – Natiq Çıraqzadə

125806

"Azərbaycanın Avropa İttifaqında (Aİ) oynadığı vacib rol, Cənubi Qafqazda regionunda əlimizi gücləndirəcək əsas amillərdəndir. Bizim malik olduğumuz təbii enerji resursları, etibarlı nəqliyyat xətləri və qarşılıqlı etimada əsaslanan ticarət əlaqələrimiz Azərbaycanı, növbəti dəfə Avropanın siyasi, iqtisadi taleyinə təsir edə bilən güclü dövlətə çevirəcək".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin ötən gün Almaniyaya səfəri bu kontekstdə bizə Azərbaycan-Almaniya və Azərbaycan-Aİ münasibətlərində qarşılıqlı maraqların təmin olunması üçün bütün Avropa regionunun daha geniş əməkdaşlığa hazır olduğunu bildirir:
"Bildiyiniz kimi, Azərbaycan liderinin Almaniyaya işgüzar səfəri olduqca uğurlu oldu. Belə ki, dövlət başçısı almaniyalı həmkarı, Almaniya Kansleri və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirdi. Bu fakt, səfərin strateji dialoq xarakteri daşıdığının və Almaniyanın Azərbaycanı əhəmiyyətli tərəfdaş kimi qəbul etdiyinin əyani sübutudur".

Natiq Çıraqzadə, Avropanın aparıcı ölkələrindən biri olan Almaniyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada yeni siyasi balanslar qurduğunu deyib:

"İndiyədək Almaniya Cənubi Qafqazda aktiv siyasət nümayiş etdirməyib. Ancaq indi, Almaniya bizim bölgəylə və xüsusilə Azərbaycanla bağlı siyasi konsepsiyasını genişləndirir. Bu həm də, Almaniyanın bizə haqlı mübarizəmizdə dəstək verməsi üçün stimul rolunu oynayacaq.

Bu kimi vacib səfərlər nəticəsində, bizim gündəliyimizdə duran məsələlərin həllində Almaniya öz tərəfini açıq şəkildə bəyan edəcək və heç şübhəsiz ki, Avropanın lokomativ dövlətinin yanaşması bizdən tərəf olacaq.
Buna bizim həm hüquqi cəhətdən haqlı olmağımız, siyasi arenada etibarlı mövqeyimiz, həm də qurduğumuz vacib iqtisadi əlaqələr, enerji və beynəlxalq nəqliyyat layihələri önəmli dərəcədə təsir göstərəcək. Bizim, dünyanın bütün coğrafiyalarına nüfuz etmək, mənafelərimiz uğrunda əməkdaşlıqlarımızı gücləndirmək və mübarizə aparmaqdan başqa yolumuz yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO