İlham Əliyevdən sülh, Paşinyandan savaş ÇAĞIRIŞI – “Lokal əməliyyatların keçirilməsi labüddür”

İlham Əliyevdən sülh, Paşinyandan savaş ÇAĞIRIŞI – “Lokal əməliyyatların keçirilməsi labüddür”

Hazırda oxunan: İlham Əliyevdən sülh, Paşinyandan savaş ÇAĞIRIŞI – “Lokal əməliyyatların keçirilməsi labüddür”

125662

Xəbər verdiyimiz kimi, martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Olaf Şoltsla görüş keçirib. İkitərəfli və geniştərkibli müzakirələrin ardından hər iki lider mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşən Prezident sülh gündəliyindən də bəhs edib.

“İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik”, - deyə Dövlət başçısı bildirib.

İlham Əliyev Ermənistanın bu şansı qaçırmayacağına və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrünün başlayacağına ümid etdiyini də vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan isə dünən təşkil etdiyi brifinqdə regiondakı durumu gərginləşdirəcək açıqlamalarla yadda qalıb. Ermənistan lideri Qərbi Azərbaycan İcmasının öz yurdlarına qayıtması təşəbbüsünü belə “ərazi iddiası” kimi dəyərləndirib. Paşinyanın Qarabağla bağlı səsləndirdiyi fikirlər isə rəsmi İrəvanın mövqeyinin sülhdən uzaq olduğunu nümayiş etirib.

Belə olan halda, regionda gərginliyin artması gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra bütün müstəvilərdə Ermənistana konsturktiv  və sülhə əsaslanan əməkdaşlıq təklif edib:

“Lakin, demək olar ki, hər dəfə sülh gündəliyinin və danışıqlarının baş tutmasına məhz Ermənistanın tərəddüdlü bəyanatları və qeyri-müəyyən mövqeyi səbəb olub. Axırıncı dəfə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşən tərəflər sülh sazişi ətrafında müsbət elementlərin olduğunu bəyan etdilər. Hazırda isə Paşinyanın dediyinə görə, Azərbaycan tərəfindən son təkliflər və düzəlişlər edilərək Ermənistana cavab verilib.

Lakin, yenə də Paşinyan və Ermənistanın siyasi hakimiyyəti sülh sazişinin bitməsində maraqlı olmadığını göstərir. ATƏT formatının geri qaytarılması cəhdləri, Qarabağda yaşayan ermənilərin subyekt kimi çıxış etməsi istəyi, son günlər Azərbaycana qarşı yeni təhdidlərin səslənməsi, sonda Xankəndi və digər ərazilərə silah-sursat və yanacağın daşınması faktı bunu deməyə əsas verir”.

Politoloqun sözlərinə görə, ölkə başçısının ötən gün Almaniyaya baş tutan səfəri zamanı da bir daha Ermənistana siyasi mesajlar verilib:

“Azərbaycan yenə də sülh sazişinin imzalanmasını, Ermənistanın revanşist baxışlardan yaxa qurtarmasını, konstruktiv və əməkdaşlıq sferasında münasibətlərin qurulmasını təklif etdi. 

Almaniya KİV-ə müraciət edən Prezident bir sıra tarixi faktları səsləndirdi və son zamanlar erməni lobbisi tərəfindən işıqlandırılan "Laçın humanitar fəlakəti" haqqında real durumu əks etdirən faktları qeyd etdi. Hesab etmək olar ki, bu dəfə də Azərbaycan Ermənistana sülh, təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq platforması üzərindən əməkdaşlıq təklifi etdi.

Baxmayaraq ki, Xankəndi və ətraf ərazidə yaşayan erməni icması Bakının rəsmi dəvətini rədd etdi, bu məsələnin dinc və danışıqlar masası ətrafında müzakirə olunması rəsmi Bakının əsas istəyidir.

Lakin, yaddan çıxarmaq olmaz ki, rəsmi Bakı bu məsələdə Azərbaycanın maraqlarına və təhlükəsizliyinə zərər vura biləcək elementlərə çox da dözmək fikrində deyil. 

Azərbaycanın Ermənistanı və erməni icmasını ölkəmizə qarşı qoymaq istəyən dairələrə qarşı real güc tətbiq etmək hüququnu hələ ki özündə saxlayır. Yaxşı olardı ki, bunu sadə ermənilər və Ermənistanın siyasi hakimiyyəti tezliklə başa düşsün. Əks halda qısa müddətli və lokal əməliyyat labüd olacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO