Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Hazırda oxunan: Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

125659

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri sırasına nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək daxil edilib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemini təşkil edir.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu vahid sistemdən çıxarılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO