“Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını istəyirəm” - Prezident

“Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını istəyirəm” - Prezident

Hazırda oxunan: “Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını istəyirəm” - Prezident

1252

“İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bildirib: “Bu, təkcə bizdən asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilərəm. Mən Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola bildiyini görmək istəyirəm. Çünki bütün müharibələr dayanır və sülh gəlir. Biz bilirik necə...”

-Siz bu münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsiniz?

-Bəli, əlbəttə ki.

-Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsiniz?

- Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilməzlər?

-Beləliklə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər?

-Bəli. Elədir ki, var. Bu, məntiqli baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bunu etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO