“Sizi yenidən görməyə çox şadam. Keçən il Tiranadakı görüşümüzü xatırlayıram və qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm. Ölkənizə rəsmi səfərimdən və Sizinlə, Baş nazirlə müzakirələrdən çox məmnun qaldım”.
Bizim.Media xəbər verir ki, bu fikirləri martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Albaniya prezidenti ilə görüşdü - FOTO
“Əməkdaşlığımızı gücləndirmək üçün qəbul etdiyimiz qərarlar həqiqətən nümayiş etdirir ki, ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var. X Qlobal Bakı Forumu çərçivəsində keçirilən vacib tədbirdə - atam, Prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün gəldiyinizə görə Sizə təşəkkür edirəm”, deyə Azərbaycan lideri əlavə edib.
“Bakıda qaldığınız müddətdə yaxşı vaxt keçirəcəksiniz” deyən İlham Əliyev faydalı, ikitərəfli əməkdaşlığın vacib məqamlarına da toxunub:
“Bu, çox yaxşı fürsətdir”.
Bizim.Media