İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Hazırda oxunan: İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

124619

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edilib, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb.
Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO