Prezident: “Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir”

Prezident: “Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir”

Hazırda oxunan: Prezident: “Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir”

124296

"COVID-19 pandemiyası zamanı Çin ölkəmizə vaksinlər ayırdı və bunun nəticəsində Azərbaycan dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri oldu".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdəndir"


Çinin Azərbaycana vaksinlər ayırmasını ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.

Prezident İlham Əliyev Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirib və onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO