Fransa Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb.
Bizim.Media-nın Anadolu Agentliyinə istinadla verdiyi məlumata görə, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb. Bu barədə Fransanın Türkiyədəki səfirliyindən açıqlama verilib.
Açıqlamada bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron haqqındakı fikirlərinin qəbuledilməz olduğu bildirilib.
Xatırladaq ki, bu gün R.T.Ərdoğan Kayseridəki çıxışında E.Makronun islam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib. Ərdoğan Makronun psixoloji probleminə görə müalicəyə ehtiyacı olduğunu bildirib. Ərdoğan onu da qeyd edib ki,Makron xalqının yanında etimadını itirib və gələn il Fransada keçirilən seçkilərdə qalib olmayaq.
Bizim.Media