“Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Hərəkatın inkişafı naminə səylərini əsirgəməyib, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşü zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev İraq Prezidenti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğulayıb.
Dövlətimizin başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirib.
Bizim.Media