Azərbaycanın sülh səyləri Ermənistanın təxribatları ilə üzləşir - XİN

Azərbaycanın sülh səyləri Ermənistanın təxribatları ilə üzləşir - XİN

Hazırda oxunan: Azərbaycanın sülh səyləri Ermənistanın təxribatları ilə üzləşir - XİN

123156

"Azərbaycanın sülh və quruculuq səyləri Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşdə deyib.

Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə "humanitar böhran" vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib.
Azərbaycanın bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO