Ermənistanın Cenevrədə YENİ OYUNU – Mirzoyanın təklifi nəyə hesablanıb?

Ermənistanın Cenevrədə YENİ OYUNU – Mirzoyanın təklifi nəyə hesablanıb?

Hazırda oxunan: Ermənistanın Cenevrədə YENİ OYUNU – Mirzoyanın təklifi nəyə hesablanıb?

123014

Erməni mətbuatının yazdığına görə, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Cenevrədə Laçın yolunda və Qarabağda BMT-nin faktaraşdırıcı missiyasının yaradılmasını təklif edib.

Bildirilir ki, Mirzoyan bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşü zamanı danışıb. 

Görünən odur ki, İrəvan bütün vasitələrdən istifadə edərək prosesə daha çox kənar qüvvənin cəlb olunmasına çalışır. Bununla Ermənistan əslində sülh münaqiləsinin imzalanması, regionda sabitliyin təmin olunmasında maraqlı olmadığını ortaya qoyur. Çünki prosesə çoxsaylı kənar qüvvələrin cəlb olunması bölgədə çoxsaylı maraqların toqquşması demək olacaq. Maraqların toqquşması fonunda isə sülh prosesində müsbətə doğru irəliləyiş də mümkünsüz görünür. 

Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Mirzoyanın yuxarıda qeyd olunan təklifi İrəvanın yürütdüyü köhnə siyasətinin davamıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Mirzoyandan Laçın yolu ilə bağlı TƏKLİF 


“Ermənistan sözdə adı çəkilən əraziləri Azərbaycan ərazisi kimi qəbul edir. Amma sənədlərdə bu reallığı qəbul etməkdən hələ ki, boyun qaçırırlar. Digər tərəfdən də, belə mövzuları gündəmə atmaqla sübut etmək istəyirlər ki, orada hansısa xüsusi şərait olmalı və Azərbaycanın suverenliyi qismən də olsa məhdudlaşdırılmalıdır.

İrəvanın keçən ilin sonlarında BMT Təhlükəsizlik Şurasında Fransanın dəstəyilə bu mövzunu müzakirəyə çıxarması heç bir nəticə vermədi. İndi isə BMT-nin ikinci dərəcəli qurumlarında sözügedən mövzunu gündəmə gətirməyə çalışırlar. Bu addım gələcəkdə məsələni yenidən Təhlükəsizlik Şurasının gündəminə gətirməyə hesablanmış hazırlıqdır”. 

Həmsöhbətimiz bildirir ki, Azərbaycan bu cəhdlərə lazımi şəkildə cavab verməlidir:
 

“İlk növbədə onu qeyd etməliyik ki, Laçın yolunda heç bir blokada yoxdur. Bu barədə yayılan məlumatlar dezinformasiyadır. Digər tərəfdən, məqsədimizin ərazidə Azərbaycan qanunları və Konstitusiyasına uyğun nəzarətin tətbiq olunması olduğunu qeyd etməliyik.


Hələlik, təhlükəsizliyin təmin edilməsində daha 2 il yarım müddətə Rusiya sülhməramlıları iştirak edir. Təklif edək ki, bu nəzarət prosesində Türkiyədən olan mütəxəssislər də iştirak etsin. Yəni göstərməliyik ki, nəzarət blokada deyil, bu anlama gəlməməlidir. Çünki ermənilərin əsas yalanı nəzarəti blokada kimi təqdim etmələrindədir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO