Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 24% artıb - Ceyhun Bayramov

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 24% artıb - Ceyhun Bayramov

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 24% artıb - Ceyhun Bayramov

122991

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 24% artıb

Bizim.Media xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri ilə Rusiya-Azərbaycan münasibətləri müzakirə olunub.

“Biz həm əvvəlki prosesləri, həm də 2023-cü il üçün planları müzakirə etdik. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bunun məntiqi nəticəsi ötən il ölkə başçıları arasında imzalanmış müvafiq sənəddir”, - deyə nazir bildirib.

V.Bayramov qeyd edib ki, ötən il dövlət başçıları, eləcə də XİN səviyyəsində kifayət qədər fəal əlaqələr olub.

“Ticarət əlaqələri fəal inkişaf edir. Beləliklə, 2022-ci ilin sonuna ticarət dövriyyəsi 24 faiz artaraq 4 milyard dollara çatıb”.
“Ərazidən 250-dən çox müxtəlif tipli minalar tapılıb. Bununla yanaşı çoxlu sayda partlamamış sursatlar da aşkarlanıb”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO