Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrində uşaqların əsgər kimi orduya cəlb edildiyini göstərən paylaşımlar edilib.
Bizim.Media xəbər verir ki, faktlar Ermənistan ordusunda şəxsi heyət çatışmazlığının real mənzərəsini yaradır. Görünən bir də odur ki, Ermənistan ordusunun ümidi azyaşlılara qalıb.
Uşaqlardan orduda istifadə etməklə isə Ermənistan beynəlxalq hüquq normalarına kölgə salır. Rəsmi İrəvan bir çox beynəlxalq konvensiyaları, o cümlədən, BMT-nin Uşaq Hüquqları Konvensiyası və UNICEF-in Paris Konvensiyasını açıq şəkildə pozur.
Qeyd edək ki, şəxsi heyət çatışmazlığı ilə bağlı Ermənistanın rəsmi dairələri də ayrı-ayrı vaxtlarda açıqlamalar ediblər. Baş nazir Paşinyan bu boşluğu mülki əhali arasında könüllü dəstələr yaratmaqla doldurmaq istəyib. Bununla bağlı əhaliyə müraciət də ünvanlayıb.
Bizim.Media