"Türkiyədə zəlzələ bölgəsində yaşayan tələbələrimiz var" - Ceyhun Bayramov 

Hazırda oxunan: "Türkiyədə zəlzələ bölgəsində yaşayan tələbələrimiz var" - Ceyhun Bayramov 

122634

"Türkiyədə zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələrimiz var".

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir deyib ki, həmin tələbələr və onların ailə üzvləri ilə mütəmadi əlaqə saxlanılır.

Ceyhun Bayramov qeyd edib ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bir çox ölkələr yardım göndərib, amma ilk və ən irimiqyaslı dəstək göstərən ölkə Azərbaycan olub:

"Xilasedicilərimiz dağıntılar altından 50-dən artıq insan sağ çıxarılıblar. Hər bir insanın həyatı qiymətsizdir. Bununla paralel olaraq bizim səfirliyimiz və baş konsulluqlarımız vasitəsilə həmin ərazidən vətəndaşlarımızın təxliyəsi təşkil edilib.
Əfsuslar olsun ki, orada həyatını itirən soydaşlarımız da var idi. Bəzi soydaşlarımız içində uzun illər Türkiyədə yaşayanlar olduğundan, onların ailə üzvlərinin müraciəti əsasında dəfn mərasimləri elə Türkiyədə təşkil edilib, digərləri isə Azərbaycana gətirilmişdi. Hələ də bu işlər davam etdirilir. Gündəlik olaraq bizim nəzarətimizdədir".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO