Şarl Mişel yenidən görüş TƏŞKİL EDİR – Brüsseldə nələr müzakirə ediləcək?

Şarl Mişel yenidən görüş TƏŞKİL EDİR – Brüsseldə nələr müzakirə ediləcək?

Hazırda oxunan: Şarl Mişel yenidən görüş TƏŞKİL EDİR – Brüsseldə nələr müzakirə ediləcək?

122292

ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays Azərbaycan və Ermənistan rəhbərləri arasında növbəti görüşün anonsunu edib.

O bildirib ki, nümayəndələr arasında görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Brüsseldə təşkil ediləcək. 

Qeyd edək ki, keçən ilin sonlarından Brüssel görüşləri demək olar ki, dayanıb. İrəvanın prosesə ermənipərəst Fransa Prezidenti Makronu da qoşmaq cəhdləri fonunda Brüssel danışıqları bir müddətdir ki, dalana dirənib. Buradan görünür ki, Ermənistan məhz prosesin normal müstəvidə getməsini əngəlləmək üçün buna gedib. 

Lakin bu heç də o anlama gəlmirdi ki, Avropa İttifaqı artıq prosesdə iştirakdan imtina edib. Əksinə, ötən dövrdə Aİ rəsmiləri bir neçə dəfə təmasların yenidən bərpasının vacibliyini vurğulayıblar. Bu arada Rusiya da tərəflər arasında vasitəçilik fəaliyyətini yenidən artırır. Moskvanın da aktivləşmək cəhdləri hiss olunur.

Belə bir durumda, müəyyən fasilədən sonra Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə növbəti danışıqların olacağı gözlənilir. 

Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Brüssel görüşündə danışıqlar ilk növbədə kommunikasiyalar məsələsi ətrafında olacaq: 

“Bu mövzu aktualdır. Həm də Aİ-nin öncədən bəyan etdiyi istəklər var. Onlar kommunikasiyaların bərpası yolunda siyasi qərar əldə olunarsa, bu istiqamətdə lazımı yardım göstərmək niyyətlərini ifadə ediblər. Bu baxımdan Aİ-nin həmin məsələdə daha fəal olacağını düşünürəm. Gündəmdə digər mövzular, Laçın yolu, oradakı nəzarət formaları, Zəngəzura aid bəzi məqamlar da ola bilər”. 

Sabiq nazir Brüssel görüşündən hansısa bir nəticənin əldə ediləcəyini də istisna etmədi:

“Bəzi proseslər artıq baş verir. Zəlzələ fonunda Türkiyə ilə Ermənistan arasında kommunikasiyalar mövzusu gündəmə gəldi. Sülh sazişi hiss olunur ki, formasını dəyişib. Formal olaraq bu hansısa çərçivə sənədi olmalıdır. Orada bu və ya digər tezislər sadalanmalıdır. Azərbaycanın 5 prinsipdən ibarət tezis irəli sürüb. Ermənistan isə ona hansısa əlavə teziləri də təklif edir. Bunlar da danışılası mövzular sırasındadır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO