Müsavatçıdan İsa Qəmbərə tikanlı sözlər...

Müsavatçıdan İsa Qəmbərə tikanlı sözlər...

Hazırda oxunan: Müsavatçıdan İsa Qəmbərə tikanlı sözlər...

121820
İsa bəy, yox, hörmətli İsa bəy, sonuncu qurultaya hazırlıq, qurultay vaxtı və qrultaydan sonra sizin bir tərəfli mövqeyiniz,  bir tərəfə açıq-açığına dəstək olmanız, hətta vəkillik etməniz bir çox Müsavatçılar kimi məni də məyus etdi. İllərdi döyülərək, söyülərək hakimiyyətə qarşı mübarizə aparan insanları hakimiyyətə işləməkdə suclamanız illərdi başında durdugunuz Müsavat Partiyası adına təhqir idi. Kimdi hakimiyyətə işləyənlər, illərdi yarı tox, yarı ac yaşıyan müsavatçılar, yoxsa uşaqları xarıcdə adlı-sanlı təhsil ocaqlarında oxuyan, bag evləri alan, xarici maşınlarda gəzənlər, yoxsa saxta sənədlərlə xaricə göndərilən "mübariz müsavatcıların gül balaları"?! 

2003-cü ilin 16 oktyabrında yüz minlərlə insanın meydanda və küçədə döyülüb öldürüldüyü vaxt sizin meydanda olmadıgınıza görə biz sizi hakimiyyətə işləməkdə günahlandırmadıq, 2005-ci il parlament seckilərində Müsavata verilən 4 mandata tamahlanaraq hakimiyyətin oyununa gedib 2003-cü il 16 oktyabr hadisələri zamanı Həmidağa və Alqayıtım ölümünü unudanda da sizi hakimiyyətə işləməkdə günahlandırmadıq!

Böyük Məmməd Əmin Rəsulzadənin əmanəti olan Müsavat adlı partiyanın mərkəzdə və bölgələrdəki təşkilatlarının başına gətirilən nüfuzsuz və savadsız insanlara görə də sizi hakimiyyətə işləməkdə günahlandırmadıq. 
Azərbaycan məhkəmələri şərə xidmət edir deyənlər görəsən dünənki qərarın (partiyadan qanunsuz qovulan musavatçılarla Musavat Partiyasi arasında aparılan məhkəmə) nəyə xidmət etdiyin bilirlər?)))

Rövşən Murad
Müsavat Sumqayıt şəhər təşkilatının sərbəst Şura üzvü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO