Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin rəhbəri ilə görüşdü

Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin rəhbəri ilə görüşdü

Hazırda oxunan: Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin rəhbəri ilə görüşdü

12170

Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin prezidenti Serdar Yıldırım Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

«İran bütün səviyyələrdə Azərbaycanı dəstəkləyib» - Ceyhun Bayramov


Məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib. 

M.Quliyev qonaqların diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

S.Y.Hüseyn səmimi qəbula görə M.Quliyevə təşəkkürünü bildirib. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO