Çavuşoğlu: “Fransa sülhü baltalayır, belə ölkələr həmsədrlikdən çıxarılmalıdır”

Çavuşoğlu: “Fransa sülhü baltalayır, belə ölkələr həmsədrlikdən çıxarılmalıdır”

Hazırda oxunan: Çavuşoğlu: “Fransa sülhü baltalayır, belə ölkələr həmsədrlikdən çıxarılmalıdır”

121366
"Torpaqların təhvil verilməsi məsələsindən ATƏT-in Minsk Qrupunun həmsədrləri də dərs çıxarmalıdırlar”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarının cavablandırarkən bildirib. 

Onun sözlərinə görə, Fransa bu müddətdə mənfi münasibət sərgilədi:

"Tərəfli açıqlamalar verir. Bunlar da 30 ildir məsələnin niyə həll olunmadığını göstərir. Fransanın atəşkəslə bağlı fikrinə Azərbaycan Prezidenti İlham Əliyev müsbət cavab verdi. Amma Azərbaycanın bu cür cavabına rəğmən, Fransa hər zaman Ermənistanı dəstəklədi. Atəşkəsdən sonra yenə də mənfi açıqlamasını göstərir, hətta Türkiyəni günahlandırır.

Bu cür hallar davam edərsə, bu ölkələr həmsədrlikdən çıxarılmalıdır. Fransa məsələyə qarşı aqressivləşir və sülhü baltalamağa çalışır. Bundan sonra da heç bir ölkə haqsız ölkəni dəstəkləyərək, bu müddəti baltalamasın”.

"Biz hər şərtdə Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə o qeyd edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO