Ulu öndər Heydər Əliyevin heç yerdə görünməyən UNİKAL KADRLARI - VİDEO 

Ulu öndər Heydər Əliyevin heç yerdə görünməyən UNİKAL KADRLARI - VİDEO 

Hazırda oxunan: Ulu öndər Heydər Əliyevin heç yerdə görünməyən UNİKAL KADRLARI - VİDEO 

121239

Naxçıvan televiziyası (NTV) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə videoçarx və filmlərin yayımına başlayıb. 

Bizim.Media “Nuhçıxan”a istinadən xəbər verir ki, “Heydər Əliyev 100: Naxçıvan 90-dan 93-ə” silsiləsində böyük şəxsiyyətin televiziyanın arxivində qorunub saxlanılan unikal kadrları yer alır. 

Ümummilli liderin 1990-cı ilin iyununda Moskvadan doğma Naxçıvana qayıdışı, Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli mübarizəyə qədim diyardan başlaması tariximizin ən parlaq səhifələrini təşkil edir.

Hazırlanan ilk videoçarxda Heydər Əliyevin ermənilərin Sədərəyə hücumu ilə əlaqədar Naxçıvan televiziyasının efirindən xalqa canlı yayımla müraciətinin bir sıra məqamları, xarici rəsmilərlə telefon danışıqları, sakinlərlə görüşləri, Sədərəyi öz canı və qanı bahasına müdafiə edən Naxçıvan əhalisinə minnətdarlığı yer alır. 
Uzaqgörən dövlət xadimi 30 il əvvəl xalqa etdiyi müraciətində qeyd edir ki, indiyədək 57 dövlət Ermənistanın Naxçıvana hücumunu rəsmi surətdə pisləyərək ciddi bəyanatlar veriblər. Lakin qonşu İranın mövqeyi ciddi surətdə bildirilməyib.

Heydər Əliyev molla rejiminin ozamankı rəhbərlərinə müraciət edərək deyir: “Naxçıvanda, İranın lap yaxınlığında olan bu müharibəyə bu qədər biganə qalmaq, şübhəsiz ki, çox təəssüf doğurur və təəccübləndirir”.

Qeyd edək ki, Naxçıvan televiziyasında “Heydər Əliyev 100: Naxçıvan 90-dan 93-ə” adlı sənədli film də çəkiləcək. Silsilənin müəllifi Sahil Tahirli, tərtibatçısı İlkin Rzayev, baş rejissoru Fərhad Zamanbəyov, rejissoru Faiq Abbasoğludur.

Xatırladaq ki, Naxçıvan televiziyası ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı və müstəqil Azərbaycanın yaradılması uğrunda mübarizəsində mühüm bir missiyanı öz üzərinə götürərək Ulu öndərin, eləcə də xalqımızın əsas söz tribunasına çevrilməyi bacarmışdır.
AXC-Müsavat hakimiyyəti ümummillli liderə çox ciddi senzuralar tətbiq etdiyi bir zamanada, Heydər Əliyevin xalqa canlı yayımla müraciətləri, çıxışları, rəsmi qəbulları, görkəmli ziyalılarla görüşləri, xarici səfərləri, Yeni Azərbaycan Partiyasını yaratmaq uğrunda ciddi mübarizəsi ilkin olaraq Naxçıvan televiziyasında yayımlanmış və çox çətin bir məqamda birbaşa olaraq xalqa çatdırılmışdır (hazırda bütün bu dövlət əhəmiyyətli videomateriallar NTV arxivində saxlanılır).

Təsadüfi deyil ki, 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyəti Naxçıvanda dövlət çevrilişinə cəhd edərkən Naxçıvan Televiziyasına silahlı basqın etmiş, ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışının əsas ideoloji dayağı olan teleradionu nəzarətə götürərək dağıtmışdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO