Bu gün Almaniyadakı görüş çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirələr keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında məlumat verilib.
Müzakirələr Cənubi Qafqazda təhlükəsizlik mövzusu ilə bağlı aparılacaq.
Müzakirələrdə iştirak edəcək şəxslərin siyahısında Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan baş naziri İrakli Qaribaşvili, Ermənistan baş naziri Nikol Paşinyan və ATƏT-in baş katibi Helqa Maria Şmidin adları var.
Bizim.Media