İlham Əliyev: “Yəhudi icmasının yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür”

İlham Əliyev: “Yəhudi icmasının yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür”

Hazırda oxunan: İlham Əliyev: “Yəhudi icmasının yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür”

121123

“Dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərilir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər görülür”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmitlə görüşdə Azərbaycanın Quba rayonunda yaşayan yəhudi icması haqqında danışarkən deyib. 

Dövlətimizin başçısı bunun minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olduğunu diqqətə çatdırıb. 

Görüşdə dövlətimizin başçısı tarixən yəhudi icmasının Azərbaycanda dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitində yaşadığını, dini ibadətlərini sərbəst yerinə yetirdiyini, sinaqoqların fəaliyyəti üçün şəraitin yaradıldığını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO