“Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolu var:
“Ölkəmiz son dövrlər bu sahədə bir sıra vacib addımlar atıb. Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:03 / 17.02.2023
Prezident: “Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq”
Hazırda oxunan: Prezident: “Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq”
Hazırda oxunan: Prezident: “Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq”
121057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.