“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır” - İlham Əliyev

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır” - İlham Əliyev

Hazırda oxunan: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır” - İlham Əliyev

121020

“Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait yaradılıb, alman şirkətləri ilə uğurlu təcrübəmiz var, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələri mövcuddur”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə bildirib.

Dövlət başçısı 2022-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.
Prezident İlham Əliyev Mixael Harms ilə söhbət əsnasında Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO