“Türkiyə ilə sərhəd qapılarının açılması erməniləri şirnikləşdirib” – DEPUTAT 

“Türkiyə ilə sərhəd qapılarının açılması erməniləri şirnikləşdirib” – DEPUTAT 

Hazırda oxunan: “Türkiyə ilə sərhəd qapılarının açılması erməniləri şirnikləşdirib” – DEPUTAT 

120985

“Türkiyədə baş verən zəlzələdən sonra Ermənistan da Türkiyəyə humanitar yardımlar göndərdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Məmmədov səsləndirib.

“Ermənistan rəsmilərinin açıqlamalarından belə görünür ki, onların yardımı humanitar yox, daha çox siyasi məqsədlər daşıyır. Və bir yük maşını yardıma görə 35 illik sərhəd qapılarının açılması Ermənistanı şirnikləşdirir. 
Lakin sərhədlərin bağlı qalması səbəbi aktuallığını saxlayır. Çünki 10 noyabr bəyanatı hələ də tam icra edilməyib. Ona görə də, ermənİlər düşünməməlidir ki, sərhəd qapıları açıq qalacaq. Türkiyə Azərbaycanın maraqlarına zidd hər hansı addım atmaz”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO