BQXK-nın 6 avtomobili yenidən Xankəndinə qayıdıb

BQXK-nın 6 avtomobili yenidən Xankəndinə qayıdıb

Hazırda oxunan: BQXK-nın 6 avtomobili yenidən Xankəndinə qayıdıb

120430

Bu gün səhər saatlarında Xankəndindən gəlib, ekofəalların aksiya keçirdiyi ərazidən maneəsiz keçid edən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil günün ikinci yarısında geri qayıdıb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, bu gün həmçinin Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus  avtomobillərin  maneəsiz keçidinə şərait yaradılıb.

RSK-nə məxsus nəqliyyat vasitəsi istər Xankəndidən Laçın istiqamətinə, istərsə də Laçından Xankəndi istiqamətinə keçib. 

Səhər saatlarından indiyədək RSK-nə məxsus ümumilikdə 42 maşın maneəsiz keçid edib. Avtomobillər əsasən təminat-təhcizat daşınması üçün nəzərdə tutulan yük maşınları olub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO