İlham Əliyev Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi

İlham Əliyev Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi

Hazırda oxunan: İlham Əliyev Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi

120365

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə toxunaraq, əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev, həmçinin iki ölkənin qanunverici orqanları səviyyəsində qarşılıqlı səfərlərin və əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün atdığı addımlar barədə məlumat verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO