“Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir”.
Bizim.Media xəbər verir ki, bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.
"Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam. Biz artıq neçənci dəfədir ki, Azərbaycana səfər edirik. Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir.
2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən burada qəbul olunmuşdur. Həmin səfərdən cəmi iki il sonra Azərbaycan Prezidenti 2020-ci ildə Romaya səfəri ilə bizi şərəfləndirdi. Həmin il Azərbaycan mədəniyyətinin İtaliyada mühüm ili oldu və sonra dövlət başçısı yenidən ölkəmizə səfər etdi.
Mən isə nazir kimi, - həmçinin Azərbaycana əvvəllər də səfər etmişəm, o vaxt mən xarici ticarət naziri idim, - 2020-ci ildə etdiyim səfərə gəldikdə, bu, mənim məhz ərazilərin işğaldan azad edilməsindən sonra, müharibədən sonra etdiyim ilk səfər idi.
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq", - deyə nazir bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:37 / 13.02.2023
“Biz Azərbaycanın tarixi dostuyuq” - İtaliyalı nazir
Hazırda oxunan: “Biz Azərbaycanın tarixi dostuyuq” - İtaliyalı nazir
Hazırda oxunan: “Biz Azərbaycanın tarixi dostuyuq” - İtaliyalı nazir
120240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.