Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.
Bizim.Media xəbər verir ki, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olublar.
Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verib.
Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.
Bizim.Media