Elm və Təhsil Nazirliyinin səlahiyyətləri ARTIRILDI – PREZİDENTDƏN SƏRƏNCAM 

Elm və Təhsil Nazirliyinin səlahiyyətləri ARTIRILDI – PREZİDENTDƏN SƏRƏNCAM 

Hazırda oxunan: Elm və Təhsil Nazirliyinin səlahiyyətləri ARTIRILDI – PREZİDENTDƏN SƏRƏNCAM 

119740

Tələbələrin ali məktəbə bərpası qaydası Elm və Təhsil Nazirliyi  tərəfindən təsdiqlənəcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

"Təhsil haqqında" qanuna dəyişiklik edildi


Fərmana əsasən, Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiq etməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO