Türkiyədəki zəlzələnin Ukrayna müharibəsinə təsiri olacaqmı? – Zərdüşt Əlizadənin ŞƏRHİ

Türkiyədəki zəlzələnin Ukrayna müharibəsinə təsiri olacaqmı? – Zərdüşt Əlizadənin ŞƏRHİ

Hazırda oxunan: Türkiyədəki zəlzələnin Ukrayna müharibəsinə təsiri olacaqmı? – Zərdüşt Əlizadənin ŞƏRHİ

119506

Politoloq Zərdüşt Əlizadə bildirir ki, Türkiyədəki zəlzələnin Ukraynadakı müharibəyə hər hansı bir təsiri olmayacaq.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, çox təəssüf baş verənlər insan övladına heç nə aydınlada bilmir, Müharibə davam edəcək:

“Türkiyədəki dəhşətli zəlzələnin Ukraynada gedən müharibənin gedişinə bilavasitə hər hansısa bir təsirinin olacağını görmürəm. Ukraynadakı müharibə prosesi başqa ölkədə nə baş verməsindən asılı olmayaraq öz axarı ilə davam edəcək.
Sadəcə mənəvi cəhətdən Ukrayna xalqının yaşadığı müsibətlərin yanında Türkiyə xalqının müsibətləri də yaranır. Bu müstəvidə həmin iki xalqın bir-birinə münasibətdə sərgilədiyi mərhəmət, həmrəylik daha da güclənəcək”.

Zərdüşt Əlizasdə qeyd edib ki, zəlzələyə baxmayaraq, Türkiyənin Ukrayna məsələsində tutduğu mövqeyi və oynadığı rolu qətiyyən sarsılmayacaq. Türkiyə güclü regional dövlət kimi bu məsələdə də fəaliyyətini davam etdirəcək:

“Ankara yenə də Türkiyə-Rusiya münasibətlərində, Ukraynanın müdafiəsi və himayəsində öz mühüm rolunu davam etdirəcək. Təbii ki, Türkiyənin dövlət vəsaitlərinin mühüm hissəsi təbii fəlakətin fəsadlarının nəticələrinin aradan qaldırılmasına yönələcək”.  

Politoloq bildirib ki, zəlzələnin Ukraynadakı müharibənin gedişinə də heç bir təsiri olmayacaq. Çünki Ukraynadakı müharibənin əsas mühərriki Rusiyanın imperalist siyasətidir:

“Bu sifət dəyişməyincə, dünyanın digər məkanında böyük insan itkisinə səbəb olan dağıntılar, zəlzələlər olsa da belə, Rusiya öz çirkin niyyətindən əl çəkən deyil. Bəziləri Kiyevə məsləhət verir ki, yırtıcı Moskvaya güzəştə getsin. Amma Ukrayna xalqı və Prezident Zelenskinin mövqeyi sarsılmazdır. Onlar sona qədər mübarizə aparmaqda israrlıdır.
Bir sözlə, Türkiyədəki zəlzələnin Ukraynadakı müharibəyə psixoloji, siyasi, hərbi baxımdan heç bir təsiri olmayacaq. Hərbi əməliyyatlar əvvəlki axarı ilə davam edəcək, hətta daha da şiddətlənəcəyi gözlənilir”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO