Başda ABŞ olmaqla antiterror koalisiyasına nümunə göstərdik ki  - Sergey Lavrov

Başda ABŞ olmaqla antiterror koalisiyasına nümunə göstərdik ki - Sergey Lavrov

Hazırda oxunan: Başda ABŞ olmaqla antiterror koalisiyasına nümunə göstərdik ki - Sergey Lavrov

119400
Nə qədər ki, terrorçular üzərində qələbə çalınmayıb Rusiya Suriyada hava hücumu əməliyyatını davam etdirəcək.

Moderator.az rus mediasına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
Onun sözlərinə görə, başda ABŞ olmaqla antiterror koalisiyasının Suriyada həyata keçirdiyi əməliyyatlar Rusiyanın bu ölkədə effektli hərbi əməliyyatlarından sonra nəticə verməyə başladı.xa0

“Biz həyata keçirdiyimiz əməliyyatlarla başda ABŞ olmaqla antiterror koalisiyasına nümunə göstərdik ki, İŞİD-lə necə mübarizə aparmaq olar: “Biz şadıq ki, Rusiyanın həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində koalisiyanın fəaliyyəti kifayət qədər səmərəli oldu.”x9d

Lavrov onu da əlavə edib ki, terrorizmə qarşı uğurlu mübarizə aparmaq üçün koalisiyanın Rusiyanın Suriyadakı hərbi kontingenti ilə fəaliyyətini koorodinasya etməsinə zərurət var:xa0

“Biz bunda maraqlıyıq. Biz sadəcə hər hansı insidentin baş verməməsi istiqamətində deyil, həmçinin praktik olaraq hansı ölkə quru əməliyyatlarında iştirak edir, hansı ölkə hava hücumunu yerinə yetirir, onların Rusiya ilə fəaliyyətinin koordinasiyasında maraqlıyıq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO