Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı – RƏSMİ 

Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı – RƏSMİ 

Hazırda oxunan: Zəlzələ bölgəsindən azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı – RƏSMİ 

118958

"Türkiyənin zəlzələ bölgəsindəki azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, təxliyə üçün nəzərdə tutulan avtobuslar 7 fevral saat 15:00-da siyahıda qeyd edilən təyinat nöqtələrində olacaq.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 3 419 nəfər həlak olub, 20 534  nəfər yaralanıb. Son məlumatlara görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO